Xəbər lenti

Şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi ilə bağlı yenilik
Ölkə08:17 28.02.2018

Şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi ilə bağlı yenilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan vətəndaşları qeydiyyat yerindən asılı olmayaraq istənilən "ASAN xidmət" mərkəzində şəxsiyyət vəsiqələrini dəyişdirə biləcəklər.
Qaynarinfo xəbər verir ki, bu barədə Trend-ə "ASAN xidmət"dən bildiriblər.
Qeyd olunub ki, bu imkan Mingəçevir şəhərində növbəti "ASAN xidmət" mərkəzinin açlışından sonra planlaşdırılıb:
"Məlum olduğu kimi, ötən gün Mingəçevir şəhərində yeni "ASAN xidmət" mərkəzinin açılışı oldu. Mərkəz tam fəaliyyətə başlayandan sonra bu barədə elan edəcəyik. Bu xidmət ilk növbədə rayonlarda yaşayan vətəndaşlarımız üçün aktualdır. Hazırda biz bu məsələ üzərində işləyirik".