Xəbər lenti

Seymur Baycan: "Qələt etmişəm, səhv yolda olmuşam" - Müsahibə
Ölkə14:00 28.07.2015

Seymur Baycan: "Qələt etmişəm, səhv yolda olmuşam" - Müsahibə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanımış yazar Seymur Baycanın "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunu təbrik etməsi bir çox insanlar tərəfindən fərqli münasibət ilə qarşılanıb. Bəziləri bunu yazarın növbəti ironiyası, bəziləri isə artıq Seymur Baycanın da ad almaq, yaxşı yaaşamaq istəməyi ilə bağlayıblar. Qaynar. info saytı bu məsələ ilə bağlı yazarın özünə müraciət edib.

Seymur müəllim, Rauf Arifoğlunu təbrik etmək zərurəti hardan yarandı?

- Təbrikdir də yazdım. Yaydır, mövzu qıtlığı var. Mən də belə bir təbrik yazdım. Nə var ki burda?

-  Demək ciddi yazmısınız?

- Seymur Baycan: Bəli

- Seymur müəllim, siz hər zaman sovetdən qalan bir çox ənənələrə qarşı çıxmısınız. Xüsusi olaraq da bu ad məsələsinə. "Xalq Yazıçısı", "Xalq Şairi", "Xalq Artisiti" və sairə. Nə əcəb indi sovetdən qalma "Əməkdar Jurnalist" mükafatı alan insanı təbrik etdiniz?

- Seymu Baycan: Doğru və haqlı iraddır. Yaxınlarda bu mövzu barədə yazı yazacam. Və orda bu məsələni əsaslandıracam. 

- Bir məsələ də var idi ki, bəziləri deyirdi Seymur Baycan "Yeni Müsavat" qəzetinə yazı yazmaq istəyir. Buna görə də Rauf Arifoğlunu təbriki etdi. Bu fikrə münasibətiniz necədir?

-  Yox, elə bir şey yoxdur. Mənim yazmaq fikrim olsaydı Rauf bəyə müraciət edib yazardım. İndiyə kimi nə mənim tərəfimdən ona belə bir şey təklif olunub, nə də onun tərəfindən. Amma yaza bilərəm. Mən hər yerdə yaza bilərəm. Kim pul versə orda da yazıram. "Yeni Azərbaycan", "Köhnə Azərbaycan" "Xalq" hətta "Müasir Müsavat" qəzetində də yaza bilərəm. 

- Seymur müəllim, bəs sizə nə zamansa fəxri bir ad təklif olunsa onu götürərsiniz?

- Ələbəttə ki. Məmuniyyətlə. Çox sevinərəm. 

- Bu dedikləriniz ironik deyil ki?

- Niyə axı sən tutdurmusan ki, bu dediklərim mənim ironik olmalıdır? Nəyə görə? 

- Axı siz həmişə başqa cür mövqe sərgiləmisiniz. Buna görə soruşuram.

- Qələt etmişəm. 

- İndiyənə kimi o zaman səhv yazdığınızı qəbul edirsiniz də?

- Bəli.

Elkin Xəlilov  

Qaynar.info