
Tanınmış yazar Seymur Baycan özünün facebook sosial şəbəkəsindəki statusunda Respublikaçı Alternativ Hərəkatını (REAL) sərt tənqid edib.
Qaynar.info-nun verdiyi xəbərə görə yazıçı REAL-ı mənasız təşkilat adlandırıb: "Hökümət REAL-çılarla babat məzələnib. İlqar Məmmədovun namizədliyini qeydə alıblar. İndi də "Real"çılar imza toplaya bilmirlər. Azərbaycanda çox siyasi qurum, birləşmə olub, amma Real kimi mənasiz və boz təşkilat görməmişəm.
Fürsətcil, merkantil, QHT fəlsəfəsi ilə yaşayan adamlar yığışıb güya mubarizə aparırlar. İndi görsünlər mübarizə necə olur. Cəbhəni, Müsavatı, İsa Qəmbəri , Əli Kərimlini tənqid etmək asandı, indi görsünlər real mübarizə necə olur. Hələ bunun mitinqi var, qara piari var, repressiyası var... lider tv var, Çakırı, Mematisi, Süleymanı var... qərəz, Real hal - hazırda reallıqla tanısh olmaqdadı və yəqin ki, başa düşəcəklər ki, reallaşa bilməyəcəklər..."
Seymur Baycanın bu yanaşmasını elə onun statusunda REAL-ın məclis sədri Erkin Qədirli belə şərh edib: "Tamamilə boş söhbətdir".
Qaynar.info

