
Sumqayıt Apellyasiya Məhkəməsində hakim Hüseyn Nəbiyevin sədrliyi ilə jurnalist Seymur Həzi barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.
Jurnalistin özünün məhkəmədə iştirakı təmin edilməyib. Vəkil Elton Quliyevin bildirdiyinə görə, hakim Seymur Həzi barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı Abşeron rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Seymur Həzi “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri, “Azərbaycan saatı” proqramının aparıcısı, AXCP Rəyasət Heyətinin üzvüdür. O, silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıqda ittiham olunur. Jurnalist ittihamı qəbul etmir və həbsini fəaliyyəti ilə bağlı olduğunu bildirir.///Bizimyol.info