Xəbər lenti

Seymur Həzi Nigar Yaqublu ilə həbsxanada evlənir
Ölkə05:37 01.08.2016

Seymur Həzi Nigar Yaqublu ilə həbsxanada evlənir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nigah 17 saylı cəzaçəkmə müəssisəsində baş tutacaq

Avqustun 1-də həbsdə olan jurnalist Seymur Həzi Müsavat Partiyasının üzvü Nigar Yaqublu ilə nigaha girəcək.

Qaynarinfo.Az xəbər verir ki, bu barədə Nigar Yaqublu Meydan TV-yə məlumat verib.

O bildirib ki, nigah Seymur Həzinin cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsində baş tutacaq. 1 avqust günorta saat 12-də cütlük həbsxanada nigaha daxil olacaq.

Seymur Həzi 2014-cü ilin avqustun 30-da həbs edilib.O,xuliqanlıqda ittiham olunur. Jurnalist bu ittihamı rədd edərək “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və “Azərbaycan saatı” verilişində həm aparıcı,həm də redaktor kimi fəaliyyət göstərdiyinə görə həbs olunduğunu bildirib.

“Amnesty İnternational” təşkilatı da Seymur Həzini “vicdan məhbusu” kimi tanıyıb.

Qaynarinfo.Az