Foto 17:55 08.09.2022

Seymur Orucov Gürcüstanla sərhəddə yerləşən kəndin sakinləri ilə görüşdü (FOTOLAR)

Seymur Orucov Ağstafanın Gürcüstan respublikası ilə sərhəd yaşayış məntəqələrindən olan Ağgöl kənd sakinlərinin növbəti səyyar qəbulunu keçirib.

Səyyar görüşdə RİH başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti üzrə təşkilatlarının məsul şəxsləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

RİH başçısı çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq arenada yüksək nüfuz sahibinə, regionda vahid Liderə çevrilməsindən, bütün sahələrdəki dinamik inkişafdan, tarixi Qələbəmizlə nəticələnən 44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və abadlıq işlərindən, orada təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirlərdən söz açıb.

Səyyar qəbulda müraciət və təkliflərlə çıxış edən sakinlərin hər biri diqqətlə dinlənilib. Qaldırılan məsələlər aidiyyəti təşkilatların məsul şəxsləri ilə birlikdə müzakirə olunub, həlli istiqamətində müvafiq tədbirlər müəyyən edilib.