Xəbər lenti

Şeytanbazarın Siyavuşları
Ölkə06:54 30.05.2014

Şeytanbazarın Siyavuşları

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İdris Heydərli

Bəhram Mirzə Qacar dövlətinə üsyan etdi - vəlihəd o olmayacaqdı.

Ruslara sığındı.

Tiflisdə, Şuşada, Fitilbörkdə yaşadı.

Azərbaycan savaşının təməli onunla başlandı.

1850-ci illərindən sonra iki Qacar arasında başlanan bu savaş hələ də davam edir.

Mirzə Kazım bəy, Mirzə Fətəli, Məhəmmədəmin Qacar xənadanının sözçüləri idilər.

Hansı Qacarın yanında olduqlarını isə onların düşüncə tərzi tanıda bilər.

Rus imperiyası Qacarlara öz Qacarları ilə qalib gəldi.

İngilislər isə taxt-tacı Qacarlardan parisilərin Hinddən gələn kələyi ilə məhv etdilər.

Osmanlı xənadanının Turanı Siyavuşları meydanda tək qoydu.

Və Qacarlar Osmanlı xənadanı kimi qərib oldu.

Hələ də qəribdirlər.

Azərbaycan savaşının ən dərin qatlarında hər zaman onlar oldular.

Azərbaycan Qacarların itirdikləri son savaş idi.

Bu savaş hələ də bitməyib...

Müstəqil Azərbaycan Cümhuriyyətini elan edənlər isə bu gün Şeytanbazardan bazarlıq edəcəkdilər - qələbə bazarlığı...  28 Maydan isə iki gün ötmüşdü. 

Qacar xanədanı yenə də tarixlə savaşı uduzmuşdu, məhz həmin Şeytanbazarda...