
“Azərbaycandakı bütün dindarlar ölkə vətəndaşları olaraq müstəqil dövlətimizin bu sahədə həyata keçirdiyi bütün tədbirləri dəstəkləyirlər”.
APA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən Fatimeyi-Zəhranın (ə) vəfatı ilə bağlı mərasimdə QMi sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.
O qeyd edib ki, Azərbaycandakı dindarlar ölkənin daha da qüdrətlənməsi, sabitliyin möhkəmlənməsi üçün çalışırlar. QMİ sədri onu da vurğulayıb ki, ölkədə aparılan din-dövlət siyasəti, məscid və ziyarətgahların təmir-bərpası, din xadimlərinə yaradılan şərait göz önündədir.
Qaynar.info