Xəbər lenti

Şeyx Gürcüstanda səfərdədir - VİDEO
Ölkə12:41 29.08.2014

Şeyx Gürcüstanda səfərdədir - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Gürcüstanda səfərdədir.

ANS TV-nin məlumatına görə, Şeyx səhər saatlarında Tiflis Beynəlxalq Hava Limanında Gürcüstanın baş patriarxı II İliyanın rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən qarşılanıb. Hacı Allahşükür Paşazadə dəvətinə görə II İliyaya təşəkkürünü bildirib. 

Gürcüstan katalikosu da Azərbaycanla Gürcüstan arasında isti münasibətlərin yaranması və qorunmasında hər iki dini qurumun müstəsna xidmətləri olduğunu qeyd edib. Səfər çərçivəsində Gürcüstanın baş naziri də daxil olmaqla bir sıra dövlət rəsmilərilə Şeyxin görüşü planlaşdırılır. 

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin həmçinin 65 illik yubileyinin də Gürcüstanda qeyd olunacağı bildirilib.//anspress.com

Qaynar.info