Xəbər lenti

Şeyx İordaniyaya gedir
Ölkə06:22 17.08.2013

Şeyx İordaniyaya gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Əhl-əl-Beyt” Kral Fikir müəssisələri Akademiyasının təşkil etdiyi tədbirdə iştirak üçün avqustun 18-də İordaniyaya səfər edəcək.

QMİ-nin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, İordaniya Haşimilər dövlətinin kralı Əlahəzrət II Abdullahın himayəsi ilə fəaliyyət göstərən, şahzadə Əmir Ğazi bin Mühəmmədin rəhbərlik etdiyi mötəbər  Akademiya dünya miqyasında İslamın təbliği, onun ümumbəşəri əhəmiyyətli dəyərlərinin tədqiqi istiqamətində qiymətli araşdırmaları, habelə dinlərarası əməkdaşlıq və məzhəblərarası yaxınlaşma yönündə uğurlu səyləri ilə tanınır.

Allahşükür Paşazadə Al-əl Beyt İordaniya Kral Akademiyasının həqiqi üzvüdür və 2007-ci ildə İordaniya dövlətinin ali mükafatı -  I dərəcəli Kral Hüseyn ordeni ilə ilə təltif olunub.

Vətəndaş cəmiyyətinin formalaşdırılmasında İslam dəyərlərinin roluna həsr olunmuş bu dəfəki toplantıda A. Paşazadə məruzə ilə çıxış edəcək.  Öz məruzəsində QMİ sədri müasir Azərbaycanda bu gün dinin öz layiqli yerini tutması, son 20 il ərzində dünyəvi dövlət şəraitində dini dəyərlərə ən yüksək ehtiramın, dini abidələrə dövlət səviyyəsində qayğı və himayənin nümayiş etdirməklə nümunəvi məkan kimi dünyanın gündəmində olması, habelə ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqu dəstəkləməsi məsələlərinə toxunacaq.

A. Paşazadənin İordaniya dövlətinin ali rəhbərliyi və İslam dünyasının tanınmış xadimləri ilə görüşlər keçirəcəyi nəzərdə tutulub.

Qaynar.info