Xəbər lenti

Şeyx kadr dəyişikliyi etdi
Ölkə06:41 12.07.2013

Şeyx kadr dəyişikliyi etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) yeni kadr təyinatı olub.

Modern.az saytına daxil olan məlumata görə, QMİ sədri Allahşükür Paşazadə hacı Fuad Nurullayevi özünə yeni müavin təyin edib. Bu barədə məlumatı Hacı Fuad Nurullayevin özü Modern.az-a təsdiq edib.

49 yaşında şeyxin müavini təyin olunan hacı Fuad Nurullayev yeni vəzifəsinin məsuliyyətli olduğunu deyib.

“Dini sahədə hər hansı insan bir vəzifə daşıyırsa, o, böyük bir məsuliyyətə qol çəkmiş olur. Onu ki, bu vəzifəyə təyin ediblər, etibar ediblər, sabahkı gündə düşünməsin ki, insanlar arasınada hər hansı formada bu yükün altından çıxa biləcək. Belədə bilməlisən ki, həm xalq qarsısında məsuliyyətlisən, həm də sabahkı gündə qiyamət məhkəməsi var, axirət dünyası var.

Sənin etdiyin əməllərə görə, axirət məhkəməsində də, Allahın, peyğəmbərin qarşısında cavadehlik daşıyırsan. Ona görə də bunu gözləyirdim dedikdə belə bir ifadə var: vəzifə üçün çalışan insan var ki, bir insan üçün vəzifə ona çatır və o vəzifəyə həm yaşına, həm fəaliyyəti ilə layiqdir. Onu bu vəzifəyə layiq görürlər. Düşünürəm ki, mənə şeyxin müaviniliyinin həvalə olunması şey həzrətlərinin mənə etibarından irəli gəlir”-deyə hacı Fuad qeyd edib.

F.Nurullayev hesab edir ki, QMİ- sədri şeyx yeni işində ona öz tapşırıqlarını verib:

“Mənim 49 yaşım var. Mənə etibar olunubsa, şeyxin mənə etibarı xalqın mənə etibarı deməkdir. İnanıram ki, bu etibarı doğruldacağam. Xalqın qarşısında hesabat verməliyəm. Sabahkı gündə də Allah məhkəməsində.

Bu, Ramazanın ilk niyyət gecəsində təsdiqləndi. Şeyximiz bu əmri verdiyi zaman mənə bildirdi ki, “istəyirəm Ramazanda bu əmr oxunsun və sən də bu məsuliyyəti bütün vücudunla, tam varlığınla ıərk edəsən. Bəziləri hesab etməsinlər ki mən vəzifəyə can atmışam. Əksinə, mən heç vaxt vəzifəyə can atmamışam. Hər hansı bir məqamda dururamsa xalqıma xidmətdir”.

Qeyd edək ki, hacı Fuad Nurullayev bu təyinatadək QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin iqtisadi məsələlər üzrə müşavir vəzifəsində çalışırdı. Həmin vəzifəyə o, bu ilin fevralında gətirilmişdi. Onda öncə isə hacı Fuad Bakı İslam Universitetində dekan vəzifəsində çalışıb.

Hacı Fuad Nurullayev həm də İctimai Telviziyada Yayım Şurasının üzvüdür.

Qaynar.info