Xəbər lenti

Şeyx Qarabağ mesajı verdi -Video
Ölkə15:25 14.05.2015

Şeyx Qarabağ mesajı verdi -Video

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə İnquşetiyada “Dində mötədillik-sülh, dinc qonşuluq tərəqqiyə gedən yoldur” mövzusunda keçirilən beynəlxalq dini konfransda iştirak edir.

ANS TV-nin məlumatına görə, səfər çərçivəsində Şeyx İnquşetiya prezidenti ilə görüşüb. Konfransda çıxış edən Hacı Allahşükür Paşazadə Qafqazda mövcud olan münaqişələrdən danışaraq Qarqabağ problemini xüsusi vurğulayıb:

“Bizim ümumi evimiz olan Qafqazda baş verənlər bizi narahat etməyə bilməz. Bununla bağlı Dağlıq Qarabağ probleminə toxunmaya bilmərəm. Bu münaqişə post-sovet məkanında separatizmə, etnik təmizləmələrə, millətlərarası qarşıdurmaya səbəb olub. Lakin siyasi xadimlərin sülhə yönəlik göstərdiyi səylər nəticəsində hesab edirik ki, bizim regionda mövcud olan münaqişələr dinc yolla öz həllini tapmalıdır”.