
Allahşükür Paşazadənin şimal rayonlarına səfəri başlayıb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin Azərbaycanın şimal rayonlarına səfəri başlayıb.
APA-nın məlumatına görə, QMİ sədri bu gün öncə Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində dini icmaların rəhbərləri ilə görüşüb.
A. Paşazadə daha sonra Siyəzən rayonuna səfər edəcək.
Görüşlər dini maarifləndirmə xarakteri daşıyır.
Qaynar.info