Xəbər lenti

Şeyxdən mollalara: "Siz dəqiq bu əlifbada bilirsiniz?"
Ölkə12:51 13.03.2013

Şeyxdən mollalara: "Siz dəqiq bu əlifbada bilirsiniz?"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) axund və imamlar üçün xütbə nümunələrinin təqdimatı zamanı Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə dindarlar arasında maraqlı dialoq baş verib.

APA-nın məlumatına görə, yeni nəşr olunan xütbə nümunələrini dindarlara təqdim edən Şeyx onlardan latın əlifbasında oxuya bilib-bilmədiklərini soruşub. Bu sual mərasimdə iştirak edən əksər dindarlar üçün gözlənilməz olub. Dindarların sualı birmənalı cavablandırmadığını görən QMİ sədri onlara xütbə nümunələrinin latın qrafikasında çap olunduğunu xatırladıb: “Bu kitab latın əlifbasındadır. Siz dəqiq bu əlifbada bilirsiniz? Amma düzünü deyin”. 

Mərasim iştirakçılarından bəziləri bu sualı “İnşallah, bilərik” şəklində cavablandırıblar.

Qaynar.info