Xəbər lenti

Şeyxin qudası məhkəmə qarşısına çıxarılacaq: Vaxt açıqlandı
Ölkə16:35 04.10.2017

Şeyxin qudası məhkəmə qarşısına çıxarılacaq: Vaxt açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Milli Məclisin deputatı Çingiz Qənizadənin keçmiş həmkarı Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.

"Qaynarinfo"nun "Report"a istinadən məlumatına görə, Sabunçu Rayon Məhkəməsində keçiriləcək iclas oktyabrın 6-na təyin edilib. İşə hakim Ziya Şirinovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Ç.Qənizadə Q.Salahzadənin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir. Q.Salahzadənin məhkəməyə verilməsinə səbəb son günlər mətbuatda Ç.Qənizadəyə qarşı ağır ittihamlar səsləndirməsi göstərilib.

Qaynarinfo.Az