Xəbər lenti

Şeyxin yubileyi bu ölkədə qeyd ediləcək
Ölkə15:19 12.08.2014

Şeyxin yubileyi bu ölkədə qeyd ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 65 illiyini Tiflisdə qeyd edəcək.
Yubiley münasibətilə xüsusi toplantı və təntənəli tədbirin keçirilməsi, Gürcüstan rəsmiləri tərəfindən qəbullar nəzərdə tutulur
Ans press-in məlumatına görə, Gürcüstanın Katolikos Patriarxı II İlya Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni Gürcüstana dəvət edib.
Avqustun 29-na nəzərdə tutulan səfərin məqsədi Şeyxülislam Allahşükr Paşazadənin anadan olmasının 65-ci ildönümünün Gürcüstanda qeyd edilməsidir.
Şeyxülislamın ad günü münasibətilə Tiflisdəki Şeytan bazarda Cümə məscidində, daha sonra isə Borçalının kəndlərində təntənəli şəkildə qeyd ediləcək.
Bu münasibətlə Tiflisdə xüsusi toplantı və təntənəli yubiley tədbirinin keçirilməsi, habelə Gürcüstan rəsmiləri tərəfindən qəbullar nəzərdə tutulur.
Qaynar.info