Xəbər lenti

Şeyxülislam: “Şəhidlərimizin qanı yerdə qalmasın”
Ölkə08:10 05.06.2019

Şeyxülislam: “Şəhidlərimizin qanı yerdə qalmasın”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mənim ən böyük arzum ondan ibarətdir ki, şəhidlərimizin qanı yerdə qalmasın, Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımız tezliklə azad edilsin. Bugünkü bayram namazında Azərbaycanın firəvanlığı, gələcəyi üçün duallar etdik".
Qaynarinfo xəbər verir ki, bunu "Təzə Pir" məscidindəki bayram namazından sonra jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.
"Azərbaycanda dini sahədə sabitlik mövcuddur. Dindarlar üçün hər bir şərait yaradılıb. Lakin yaradılan şəraitdən istifadə edən bəzi qaragüruhçu insanlar ölkəmizdəki hadisələri dünyaya başqa şəkildə göstərmək istəyirlər. Əlbəttə, bu, yolverilməzdir, bu, bəlkə də Azərbaycan xalqına qarşı olan bir işdir", - deyə, A.Paşazadə əlavə edib. ("Yeni Sabah”)