Xəbər lenti

Səyyad Aran:
Ölkə 16:06 18.10.2024

Səyyad Aran: "Belə qanun dili olmaz, gələcək konfliktlərə zəmin yaratmayaq"

"Müzakirə edilməyə 15 qanun layihəsi yazılıb. Bir deputata minimum 20 dəqiqə vaxt ayrılsa, müzakirə üçün 300 dəqiqə vaxt lazımdır. Mən xahiş edirəm qanunlar hazırlandıqca deputatlara vaxtında təqdim edilsin. Biz bunlara ətraflı şəkildə baxıb, əlavə mənbələrə də müraciət etməliyik".

Qaynarinfo xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçrilən iclasında deputat Səyyad Aran deyib.

Səyyad Aran qanunun dili ilə bağlı da bəzi iradlarını bildirib. Qanun layihəsində istifadə edilən sözlərin bir-birilə uyğunlaşmadığını vurğulayıb:

"Əvvəlki təcrübəmdən deyə bilərəm ki, qanundan konkret olmayan "artırıla bilər" sözü məmurla vətəndaş arasında problem yaradırdı. Məmur deyirdi olmaya da bilər. Mən hələ kitablara baxım, yuxarı zəng edim, sonra qərar verim ola bilər, ya yox. Belə qanun layihəsi olmaz. Qanun layihəsinin dili konkret olmalıdır. Niyə biz  bu məclis gələcək konfliktlərə, vətəndaş məmur davasına şərait yaradırıq?"

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->