Xəbər lenti

Səyyad Əlizadədən səhhəti ilə bağlı AÇIQLAMA
Ölkə08:31 28.10.2016

Səyyad Əlizadədən səhhəti ilə bağlı AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Dünən özümü narahat hiss etdim, təcili yardım çağırdıq”. Bu sözləri qafqazinfo-ya açıqlamasında müğənni Səyyad Əlizadə deyib.
İfaçı bildirib ki, səhhətində ciddi bir problem yoxdur: "Mənə görə narahat olan hər kəsə təşəkkürümü bildiririrəm. Axşam məni xəstəxanaya gətirdilər. Axşamüstü evə buraxacaqlar. Dünən özümü narahat hiss etdim, təcili yardım çağırdıq. Onlar da mənə müayinədən keçməyi tövsiyə etdilər. Xəstəxanaya gəldik, məni yoxladılar. Hər şey normaldır, ciddi problemim yoxdur”.
Qaynarinfo.Az