XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Səyyad Əlizadənin vəziyyəti ağırlaşdı
Sənət10:47 21.09.2021

Səyyad Əlizadənin vəziyyəti ağırlaşdı

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti yenidən ağırlaşıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə Oxu.Az-a müğənninin qohumu Razim Qarayev məlumat verib. 
O bildirib ki, həkimlər sənətçinin vəziyyətini stabil ağır kimi qiymətləndirirlər:
"Səyyad Əlizadənin vəziyyətinin yaxşılaşması üçün həkimlər əllərindən gələni edirlər. Ciddi nəzarət altında, komada, süni tənəffüs aparatında saxlanılır. Dünəndən bu günə heç bir irəliləyiş yoxdur”.