Xəbər lenti

Shopera.az CEO-su Rəşad Camal da bu layihəyə qoşuldu - VİDEO
Ölkə12:49 19.08.2014

Shopera.az CEO-su Rəşad Camal da bu layihəyə qoşuldu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son günlər çox böyük marağa səbəb olan sosial məsuliyyət layihəsi 

"Mark Zukenberqin başından buz kimi bir vedre su tökmə sosial məsuliyyət kampaniyası" sosial şəbəkələrdə çox böyük marağa səbəb oldu. #IceBucketChallenge həştəqi ilə edilən paylaşımlar təkcə Twitter-də 128 minə çataraq 1 milliyon dollar məbləğində vəsait  toplayıb. 

Markdan sonra  Apple, Microsoft və digər şirkətlərin rəhbərlərinin qoşulduğu  aksiyaya Azərbaycandan  ilk olaraq KSM Azərbaycan və Shopera.az şirkətlərinin rəhbəri Rəşad Camal qoşuldu. 

Özündən sonra 5 adamın adını çəkən Rəşad bu siyahıda Murad Dadaşovun və Orxan Aslanovun da adını çəkib. 

Xatırladaq ki, əgər adı çəkilən Lala Zeynalova, Ali Rəsulzadə, Elşad Yusifli, Murad Dadaşov və Orxan Aslanov aksiyada iştirak etməsələr 100 AZN məbləgində iane etməli olacaqlar. 

Nəzərinizə çatdıraq ki, Sosial Məsuliyyət layihəsi olan onlayn aksiya sinir xəstəliyi olan ALS-ə diqqət çəkmək məqsədi ilə keçirilir. Xeyriyyə aksiysında iştirak edən hər kəs özündən sonrakı insanların adını çəkməlidir. 24 saat ərzində bu aksiyaya qoşulmasalar xeyriyyə üçün 100 dollarlıq iənə etməli olacaqlar.

Qaynar.info