Xəbər lenti

“Şöhrət” ordenli neftçi vəfat etdi
Ölkə12:21 28.08.2021

“Şöhrət” ordenli neftçi vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın neft-qaz sənayesinə ağır itki üz verib.
SOCAR-dan Qaynarinfo-ya verilən xəbərə görə, uzun illər Azərbaycan neft sənayesində rəhbər vəzifələrdə çalışmış Söhrab Salmanov ömrünün 80-ci ilində vəfat edib.
Bütün həyatını Azərbaycan neft sənayesinin inkişafına həsr etmiş Söhrab Salmanov yüksək səviyyəli mütəxəssis, bacarıqlı rəhbər idi.
S.M.Salmanov "Şöhrət” ordeni ilə və bir sıra digər dövlət mükafatları ilə təltif olunub, "Azərbaycan SSR neft və qaz sənayesinin əməkdar işçisi” fəxri adına layiq görülüb.