Xəbər lenti

"Siçan zəhəri" ilə zəhərlədi, boğub dərəyə atdı - Azərbaycanlı qadın niyə öldürüldü? (FOTOLAR)
Ölkə06:45 20.10.2022

"Siçan zəhəri" ilə zəhərlədi, boğub dərəyə atdı - Azərbaycanlı qadın niyə öldürüldü? (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Dənizli şəhərində əl-ayağı yapışqanla bağlanaraq, ədyala bükülmüş halda yol kənarındakı dərəyə atılan qadının kimliyi bəlli olub.
Qaynarinfo-nun məlumatına görə, Türkiyə polisinin apardığı araşdırma zamanı oktyabrın 11-də öldürülərək, yol kənarına atılan şəxsiyyəti məlum olmayan meyitin Azərbaycan əsilli, bir uşaq anası, 30 yaşlı Nadia Noriyə məxsus olduğu müəyyən edilib.
Qadının özündən 8 yaş kiçik olan həyat yoldaşı tərəfindən öldürüldüyü müəyyənləşib. Belə ki, cinayətkar əvvəlcə Nadia Noriyə "siçan zəhəri" verərək işə gedib. İşdən qayıdandan sonra qadının zəhərlənmədən can verdiyini görən ər onu boğaraq öldürüb. Daha sonra əl-ayağını bağlayaraq, yol kənarındakı dərəyə atıb. 
Polisin keçirdiyi əməliyyat zamanı qatil saxlanılıb. Nəzarətə alınan qadının əri ilk ifadəsində uşağın özündən olub-olmamasından şübhələndiyini, aralarındakı yaş fərqinə görə ailəsinin ona davamlı təzyiq göstərdiyini və daim mübahisə etdiyi üçün cinayəti törətdiyini etiraf edib.
Əhməd