
Orxan Qəribovun Fərhad Qəribovun yaxın əqrabası olduğu məlum olub
Orxan Mansurzadə: “Şizə şikayət edən vətəndaşın verdiyi məlumat qeybət xarakterli olub, şər və böhtandan başqa bir şey deyil”
Ötən gün Lənkəran DYP-də kapitan Orxan Qəribovla bağlı məlumat dərc etmişdik.
Rayon sakinlərindən biri şikayətində bildirmişdi ki, sözügedən DYP işçisi qanunları kobud surətdə pozmaqla yanaşı, həm də insanları təhqir edir. Rayon DYP-də isə onun ümumiyyətlə, rəisi belə saymadığı vuğulanırdı.
Bu gün JAM.AZ-la əlaqə saxlayan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, yazılanlarla əlaqədar araşdırma aparıblar, lakin edilən şikayətdə göstərilənlər təsdiqini tapmayıb. O bildirib ki, Orxan Qəribovun Lənkəran sakinlərinə qarşı kobud davrandığı və qanunlara riyayət etməməsi həqiqəti əks etdirmir. “Şizə şikayət edən vətəndaşın verdiyi məlumat qeybət xarakterli olub, şər və böhtandan başqa bir şey deyil. Əgər həmin vətəndaşın əlində hansısa fakt varsa, bizə müraciət etsin. Hesab edirəm ki, belə şikayətlərlə çıxış edənlər, əllərində heç bir sübut olmadığı halda sadəcə, böhtan atmaqla məşğuldurlar”.
Lakin Mansurzadənin açıqlamasından sonra Orxan Qəribovun göndərdiyi ismarış da çox maraqlıdır. Lənkəran DYP-nin əməkdaşı, polis kapitanı bütün yaxınları və dostlarının yanında iddia edib ki, ona kimsə heç nə edə bilməz. Mətbuatda haqqında yazılanlar da boş şeydir.
Qeyd edək ki, sözügedən polis kapitanı Kürdəmirdən olan deputat Fərhad Qəribovun yaxın qohumudur. Görünür, Orxan Qəribov deputat qohumuna arxalanıb belə sözləri dilinə gətirir.
Qaynar.info