Xəbər lenti

"Silahlı Qüvvələrimizin formalaşmasında Nəcməddin Sadıkovun rolu böyükdür" - HƏRBİ EKSPERT
Ölkə14:45 21.07.2020

"Silahlı Qüvvələrimizin formalaşmasında Nəcməddin Sadıkovun rolu böyükdür" - HƏRBİ EKSPERT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ümumiyyətlə son vaxtlar Azərbaycan Silahlı Qüvvələrində təmsil olunan şəxslərə qarşı sosial şəbəkələrdə qarayaxma kampaniyaları aparılır"
Bunu Sonxeber.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.
Ekspert bildirib ki, bu qarayaxma kampaniyaları bizə düşmən olan Ermənistan mətbuatı üçün boluca informasiya və mövzu mənbəyidir:
"Sosial şəbəkələrində Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və bu yaxınlarda nazir müavini təyin edilən Nizam Osmanov barəsində yazılan informasiyalar düşmən mətbuatı üçün mövzu mənbəyinə çevirlir. Bunun özü doğru məsələ deyil. Çünki özümüz bu yalan məlumatlarla düşmənin dəyirmanına su tökürük. Azərbaycanın bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə Nəcməddin Sadıkov haqqında müəyyən həqiqətə uyğun olmayan fikirlər səsləndirirlər. Nəcməddin Sadıkov uzun illərdir Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisidir. Azərbaycan Respublikasının Prezidenti ona inanır və etibar edir. Həmçinin Silahlı Qüvvələrin formalaşmasında, modernləşməsində və güclənməsində general-polkovnik Nəcməddin Sadıkovun rolu böyükdür.
Nəcməddin Sadıkova qarşı hazırda çox çirkin qarayaxma kampaniyası aparılır. Guya onun başqa ölkənin maraqlarına xidmət etməsi ilə bağlı əsasız fikirlər səsləndirirlər. Ölkə başçısı dövlətimizin maraqlarını qoruyan şəxsdir. Bu səbəbdən də Azərbaycan Ordusunda təmsil olunan şəxslər ayrı-ayrılıqda dövlətimiz üçün vacib şəxslərdir. Onlar Azərbaycan dövlətinin və xalqının təhlükəsizliyi üçün çalışan insanlardır".