Xəbər lenti

Silahlı Qüvvələrin cəbhəboyu təlimləri davam edir - FOTOLAR
Ölkə11:55 20.06.2016

Silahlı Qüvvələrin cəbhəboyu təlimləri davam edir - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan başlanan operativ-taktiki təlimlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo.az-a verilən məlumata görə, yüksək döyüşə hazırolma səviyyəsinə gətirilən idarəetmə orqanları və qoşunlar mütəşəkkil və planlı qaydada yenidən qruplaşmanı həyata keçirərək cəmləşmə rayonlarına çıxarılır, aerodromlarda aviasiyanın, dənizdə isə gəmilərin dislokasiya yerləri dəyişdirilir.

Təlimlərin planında nəzərdə tutulmuş tədbirlərin vaxtında yerinə yetirilməsi və icrasına nəzarət Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən müasir rabitə və müşahidə vasitələrindən istifadə edilməklə həyata keçirilir.

Təlimlər iyunun 24-də yekunlaşacaq.

Qaynarinfo.az