Xəbər lenti

Sınaq imtahanında az bal toplayan onuncu sinif şagirdi özünü tövlədə asdı — Azərbaycanda
Ölkə14:58 06.01.2017

Sınaq imtahanında az bal toplayan onuncu sinif şagirdi özünü tövlədə asdı — Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yardımlı rayonunda intihar hadisəsi baş verib.

Ölkə.Az xəbər verir ki, hadisə 2 gün əvvəl rayonun Şıxlar kəndində baş verib.

Kənd sakini olan onuncu sinif şagirdi Ağazadə Rəhman Mehman oğlu həyətlərindəki tövlədə özünü asaraq intihar edib.

Yeniyetmənin intiharına səbəb isə sınaq imtahanlarında az bal yığması olub.

Hazırda faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qaynarinfo.Az