Xəbər lenti

Sınaq imtahanlarında toplanılan balların hüquqi əsası varmı? - Ekspert
Ölkə14:02 15.02.2022

Sınaq imtahanlarında toplanılan balların hüquqi əsası varmı? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sınaq imtahanlarının hər hansı hüquqi əsası və qüvvəsi yoxdur”. 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspert bildirib ki, sınaq imtahanının mahiyyəti qəbul imtahanına hazırlaşmaqdır:
"Dövlət İmtahan Mərkəzi 2016-cı ilə qədər sınaq imtahanlarını iki manata həyata keçirirdi. Sonradan sınaq imtahanlarının qiyməti 20 manata, indi isə 40 manata qaldırıldı. Sınaq imtahanlarının məqsədi odur ki, şagirdlər bu imtahan vasitəsi ilə fənlərə vaxt ayırmağı öyrənirlər. Hansı fənnə birinci başlamaq vərdişinə yiyələnirlər. Eyni zamanda DİM-in imtahanlarda təqdim etdiyi sual modelləri ilə tanış olurlar”.
Kamran Əsədov əlavə edib ki, imtahan iştirakçılarının sınaq imtahanlarında topladıqları bal onlara gələcəkdə hər hansı hüquqi fakt olaraq əhəmiyyət daşımır, hər hansı köməkliyi, yaxud da mənfi tərəfi yoxdur:
"Ola bilər ki, abituriyent sınaq imtahanında yüksək bal toplayıb, amma qəbul imtahanında aşağı. Bu o demək deyil ki, sonradan onlar iddia irəli sürə, bu imtahanda yüksək bal toplamışdıq deyə bilərlər. Sınaq imtahanı imtahan iştirakçılarının imtahana hazırlıqlarını yoxlayır, onlarda bu vərdişləri formalaşdırır. Çünki bir çox hallarda bizim şagirdlər sınaq imtahanında iştirak etmirlər, bir başa qəbul imtahanlarına girirlər. Onlar DİM–in təqdim etdiyi cavab kartında işləyə bilmirlər. Bu vərdişlərin hər birinin formalaşması üçün sınaq imtahanı lazımdır”.
Bahar Rüstəmli