Xəbər lenti

Sinoptiklərdən şad xəbər
Ölkə09:01 20.10.2014

Sinoptiklərdən şad xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et


Oktyabrın 22-23-dən başlayaraq Azərbaycanda hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən berilən məlumata görə, sabah ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək.

Bakıda və Abşeron yarımadasında oktyabrın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 15-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacaq, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Qaynar.info