Xəbər lenti

Siracəddin Cabbarov şəhid ailəsinin hüquqlarını pozur
Ölkə 21:51 24.07.2013

Siracəddin Cabbarov şəhid ailəsinin hüquqlarını pozur

Vətəninfo.az-a daxil olan məlumata görə, Saatlı şəhərində 1994-–cü ildən məskunlaşan Xocavənd rayonundan olan şəhid Tacəddin Aslanovun ailəsi, həyat yoldaşı Quliyeva Solmaz Teymur qızı bələdiyyə torpaq mülkiyyətinə aid olan ərazidə yaşayır.

Yaşadığı ərazini özəlləşdirmək üçün dəfələrlə rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarova müraciət etsə də, RİH başçısı şəhid ailəsini get-gələ salaraq, torpağın sənədləşdirilməsindən boyun qaçırıb. Redaksiyamıza daxil olan məlumata görə, şəhid ailəsi İmişli regional ədliyyə şöbəsinə müraciət edib. 

Ailəyə bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşı olan, 5 ildən artıq bir ərazidə məskunlaşan şəhid ailələrinə, müharibə veteranlarına, müharibə əlillərinə və s. aşağıdakı maddələrə əsasən (11, 14, 21, 23, 24, 25, 25.1, 27) torpaq sahəsi hərrac və ya müsabiqə olmadan bağışlansın. 

Bu haqqda məktubun bir nüsxəsi Saatlı rayon bələdiyyəsinə göndərilib və qeyd edilib ki, bu məsələ ilə bağlı vətəndaşın məhkəməyə müraciət etmək hüququ var. Saatlı rayon torpaq şöbəsi də bu prosesin qanunsuz olduğunu bildirib və torpağın sənədləşdirilməsindən boyun qaçırıb. Artıq 1 ilə yaxındır ki, şəhidin həyat yoldaşının müraciətləri öz həllini tapmır.

Saatlı rayon İH-dən isə şəhid ailəsinin Prezident Administrasiyasına və digər yuxarı instansiyalara gedən məktubları əngəllənir və çatdırılmır. Bundan başqa məlumatda qeyd edilir ki, bu əngəllərin yaradılmasında Suracəddin Cabbarovun birinci müavini İlham Quliyev daha çox canfəşanlıq göstərir. Rayon torpaq şöbəsinin müdiri Elxan Zeynalov isə üzərinə düşən məsuliyyəti və qanunları kənara qoyaraq RİH-dən gələn təlimatlar və göstərişlərə boyun əyir və şəhid ailəsinin haqlı olduğu halda, probleminin həllindən boyun qaçırır. 

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->