Xəbər lenti

Siraqəddin Cabbarovun müavininin bahalı obyekti üzə çıxdı
Ölkə07:20 23.04.2014

Siraqəddin Cabbarovun müavininin bahalı obyekti üzə çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıdakı məşhur "Çeburaşka" aptekinin sahibi bəlli olub 

JAM.AZ-ın apardığı araşdırmalara nəticəsində məlum olub ki, Bakıda məşhur «Çeburaşka» apteki Saatlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Quliyevə məxsusdur. "5 Mərtəbə" kimi tanınan ərazidə yerləşən bu obyektin dəyəri isə 3-4 yüz min manat civarındadır. 

Həmin obyektin əldə edilməsi isə bir neçə il bundan əvvələ təsadüf edib. Bundan başqa, İlham Quliyevin Bakıda daha bir neçə obyektinin olduğuna dair də məlumatlar var. Onları dəqiqləşdirərək bilgi verməyə çalışacağıq. 

Qeyd edək ki, Saatlının icra başçısı Siraqəddin Cabbarovun «sağ əli» kimi tanınan İlham Quliyevin adı indiyə qədər rayonda bir sıra qalmaqallara qarışıb. Onların sırasında ən məşhuru isə rayondakı əhaliyə məxsus torpaqların zorla zəbt edilməsidir. Bu yaxınlarda bir qrup rayon sakini dövlət başçısından məsələyə müdaxilə etməsini istəmişdi. 

Qaynar.info