Xəbər lenti

Şirkət direktoru "Bandotdel"ə müraciət etdi: 10 min manata görə
Ölkə14:56 17.08.2015

Şirkət direktoru "Bandotdel"ə müraciət etdi: 10 min manata görə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Günel” MMC-nin direktoru Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə İdarəsinə (BMCMİ) müraciət edib. Musavat.com-un əldə etdiyi məlumata görə, MMC-nin direktoru Çingiz Həsənov “Azər Etalon Test” MMC-nin direktorundan şiakyət edib. 
Çingiz Həsənov 2014-cü ildə Murad İbrahimovun direktoru olduğu “Azər Etalon Test” MMC-yə 10 min manat ödədiyini, lakin bunun qarşılığında vəd edilən işin görülməməsindən şikayətçidir. 
Şirkət direktorlarının aralarındakı razılaşmaya görə, Murad İbrahimov aldığı məbləğin qarşılığında betonqarışdıran aparatın quraşdırılmasını öhdəsinə götürübmüş. 
Qaynar.info