Xəbər lenti

Şirvan İcra Hakimiyyətindən partlayışla bağlı AÇIQLAMA
Ölkə12:20 26.07.2016

Şirvan İcra Hakimiyyətindən partlayışla bağlı AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Baş vermiş güclü partlayışla əlaqədar, İcra Hakimiyyətinin bütün məsul şəxsləri əraziyə yollanıb".

Bu sözləri "Qaynarinfo.Az"-a açıqlamasında Şirvan şəhər icra başçısının birinici müavini Samid Abıyevin köməkçisi bildirib.

Köməkçinin sözlərinə görə, hazırda Təcili Tibbi Yardım və Fövqaladə Halların Nazirliyinin yanğınsöndürən maşınları ərazidədir. 

Partlayış güclü olduğundan neçə nəfərin yaralandığı və ölməsi barədə tam məlumat yoxdur. 

Xatırladaq ki, bir az bundan öncə Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda dəhşətli partlayış baş verib. Partlayış nəticəsində ölən və yaralananların olduğu deyilir. 

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az