Xəbər lenti

Şirvan sakini Kürdə boğuldu
Ölkə16:41 16.11.2014

Şirvan sakini Kürdə boğuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şirvan şəhəri, Ş. Şükürov küçəsi 13 ünvanında yaşayan, 1979-cu il təvəllüdlü Həsənov Şövqi Əbil oğlu noyabrın 15-də saat 17.00 radələrində Kür çayının şəhərin ərazisindən keçən hissəsində boğulub.

APA-nın Mil-Muğan bürosuna Şirvan polis şöbəsindən verilən məlumata görə, Kür çayının sahilində tilovla balıq tutan Ş. Həsənov suya yıxılıb.

Ş. Həsənovun meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin Şirvan məntəqəsinin əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

Qaynar.info