Xəbər lenti

Şirvanda avtobus qəzasında xəsarət alan fəhlələrdən biri öldü
Ölkə06:42 07.10.2013

Şirvanda avtobus qəzasında xəsarət alan fəhlələrdən biri öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şirvan şəhəri ərazisində fəhlələri daşıyan avtobusun dərəyə yuvarlanması nəticəsində yaralanan neftçilərdən biri ötən gecə xəstəxanada dünyasını dəyişib.

Qaynar.info-ya verilən məlumata görə, Şirvan sakini 1978-ci il təvəllüdlü Məcidov Ramil Rasim oğlu gecə saat 3.00 radələrində xəstəxananın reanimasiya şöbəsində tənəffüs çatışmazlığından vəfat edib.

Əməliyyat nəticəsində onun dalağı və bağırsağı götürülmüşdü.

Qeyd edək ki, oktyabrın 3-də  “Qarasu Oyl” Əməliyyat Şirkətində çalışan fəhlələri daşıyan “KAVZ” markalı avtobusun Şirvan ərazisində qəzaya uğraması nəticəsində 17 nəfər neftçi xəsarət alaraq Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

Sonradan onlardan 7 nəfəri Bakı şəhərinin müxtəlif xəstəxanalarına köçürülüb. Faktla bağlı araşdırmalara başlanıb. İlkin versiyaya görə, qəzaya səbəb köhnə avtobusun əyləc sistemində yaranmış nasazlıq olub.

Qaynar.info