Xəbər lenti

Şirvanda məcburi köçkünlər üçün qəsəbə salınır
Ölkə16:41 13.03.2019

Şirvanda məcburi köçkünlər üçün qəsəbə salınır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına Şirvan şəhərində məcburi köçkünlər qəsəbə salınır.
Qaynafrinfo-nun ONA-ya istinadən məlumatına görə, 10 hektar ərazidə 685 məcburi köçkün ailəsi üçün 13 ədəd 9 mərtəbəli bina inşa olunur.
İnşasına yanvarın əvvəlindən başlanılan qəsəbədə tikintinin ilin sonunadək yekunlaşması gözlənilir.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2001-ci ildən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə vəsait ayırır. Bu dövr ərzində ARDNF-nin vəsaiti hesabına 37 rayon və şəhərdə, o cümlədən Naxçıvan Muxtar respublikası ərazisində qaçqın və məcburi köçkünlər üçün çoxmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilib.