Xəbər lenti

Şirvandakı partlayışda yaralananlarla bağlı son vəziyyət - Nazirlikdən açıqlama
Ölkə13:21 29.07.2016

Şirvandakı partlayışda yaralananlarla bağlı son vəziyyət - Nazirlikdən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şirvanda "Araz" hərbi zavodda partlayış nəticəsində xəsarət alanlardan 3 nəfər xəstəxanada saxlanılır. 

Bu barədə Qaynarinfo.Az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Liya Bayramova bildirib ki partlayış nəticəsində xəsarət alanlarda 3 nəfər hələ də xətəxanadadır:"Digərləri yaralılar evə buraxılıb. Xəstəxanda qalanların vəziyyəti stabil qiymətləndirilir. Yaxın günlərdə onlar da evlə buraxılacaqlar".

Qeyd edək ki, iyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda olan "Araz" zavodunda partlayış baş verib. Partlayış nəticəsində iki nəfər ölüb, 20 nəfər xəsarət almış şəxslər xəstəxanaya yerləşdirilib. 

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az