
“Azərbaycanda 97 siyasi məhbus, 38 vicdan məhbusu var.
Onlardan 116 nəfəri barəsində məhkəmə hökmü çıxarılıb, 12 nəfərin hazırda məhkəməsi gedir, 6 nəfərin isə istintaqı aparılır”. Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus yanvarın 23-də Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında belə deyib.
“Media forum” saytının məlumatına görə, hüquq müdafiəçisi məhbuslardan bəzilərinin adlarını söyləyib: Tofiq Yaqublu, İlqar Məmmədov, Yadigar Sadıqov, Anar Məmmədli, Qurban Məmmədov, Bəxtiyar Məmmədov, Fərəməz Novruzoğlu, Əbdül Əbilov, Nicat Əliyev, Pərviz Həşimli, Fuad Hüseynov, Araz Quliyev, Hilal Məmmədov, Əvəz Zeynallı, Rəşad Ramazanov, Nemət Pənahlı, Əli İnsanov, Fərid Ağayev, Taleh Bağırov, Mövsüm Səmədov, Elnur Seyidov və “Nida” Vətəndaş Hərəkatının 8 üzvü.
Qaynar.info