Xəbər lenti

Siyasi partiya lideri yenidən deputatlığa namizəd oldu
Ölkə08:48 21.12.2019

Siyasi partiya lideri yenidən deputatlığa namizəd oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Növbədənkənar parlament seçkilərində iştirak üçün namizədliyimi irəli sürmüşəm”.
Qaynarinfo xəbər verir ki, bunu Modern.az-a açıqlamasında deputat Asim Mollazadə bildirib. O seçkilərdə partiyanın təşəbbüsü ilə iştirak etdiyini də vurğulayıb:
"Həmişəki qaydada namizədliyimi 22 saylı Nəsimi ikinci seçki dairəsindən irəli sürəcəm. Seçkilərdə iştirakım Azərbaycan Demokratik İslahatlar Partiyasının təsəbbüsü ilə oldu”.
Qeyd edək ki, Asim Mollazadə ilk dəfə 2000-ci ildə deputat seçilib. O 2005-ci ilin iyul ayından Demokratik İslahatlar Partiyasının sədri kimi fəaliyyət göstərir.