Xəbər lenti

Siyavuş Novruzov da Lamiyədən danışdı
Ölkə11:50 06.02.2015

Siyavuş Novruzov da Lamiyədən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Kimliyindən asılı olmayaraq kimlər qanunu pozubsa, qanuna qarşı gedibsə və yaxud hansısa məhkəmə qanunsuz qərar çıxarıbsa dərhal məsuliyyətə cəlb olunmalıdır”. 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında YAP-nin icra katibinin müavini, deputat Siyavuş Novruzov Lamiyə Quliyeva məsələsinə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, bu, bir cinayət işidir: “Bununla əlaqədar bütün cəmiyyət ortaya düşüb. Hesab edirəm ki bu məsələ hüquq-mühafizə orqanlarının, məhkəmənin işidir. Bu məsələ araşdırılmalıdır, təqsirkarlar cəzalandırılmalıdır. Qanunun aliliyi tətbiq olunmalıdır”.

Qaynar.info