
Milli Məclisdə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib.
Qaynar.info-nun məlumatına görə, qanun haqqında komitənin sədri Hadı Rəcəbli məlumat verib. O deyib ki, qanuna cüzi dəyişikliklər edilib.
Sonra çıxış edən deputat Siyavuş Novruzov qanuna səs verəcəyini desə də, bəzi məqamlara toxunub. O bildirib ki, 1995-ci ildə seçilmiş deputatlarla 2000-ci il-də seçilmiş deputatların təqaüdü arasında böyük fərq var. Mənə çoxlu müraciətlər edilir. Xeyli müddət bir yerdə işləmişik. Bu məsələ həll edilməlidir. Həmin deputatların təqaüdü artırılmalıdır ki, fərq aradan qaldırılsın”.
Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İlkin
Qaynar.info