Xəbər lenti

Siyəzəndə avtomobil aşıb - Xəsarət alanlar var
Ölkə18:56 03.10.2016

Siyəzəndə avtomobil aşıb - Xəsarət alanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün axşam saatlarında Siyəzəndə yol qəzası baş verib.

Qəza Bakı-Quba–Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 92-ci km-də qeydə alınıb.

Məlumata əsasən, 99 ZE 980 dövlət nömrə nişanlı avtomobil maneəyə çırpılaraq aşıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Onlar 1969-cu il təvəllüdlü Şeydayeva Gülnaz Ramazan qızı, 1969-cu il təvəllüdlü Şirinova Şahnabad Sabir oğlu və 1966-cı il təvəllüdlü Həsrət Hacımuradovdur.(APA)

Qanarinfo.Az