Xəbər lenti

Siyəzəndə beş nəfər hisə verilmiş balıqdan zəhərləndi, bir nəfər öldü
Ölkə18:57 09.07.2022

Siyəzəndə beş nəfər hisə verilmiş balıqdan zəhərləndi, bir nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Siyəzəndə beş nəfər zəhərlənib.
Hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Rahib Əsəd oğlu, onun 3 azyaşlı övladı və bir dostu hisə verilmiş balıqdan zəhərlənib. R.Quliyev Siyəzən Regional Diaqnostika Mərkəzində ilkin tibbi yardımdan sonra Bakıya göndərilib. Tibb müdaxiləyə baxmayaraq o, Respublika Toksikologiya Mərkəzində dünyasını dəyişib.
Digər şəxslərə zəruri tibbi yardım göstərilib.
Faktla bağlı araşdırmalar aparılır.