Xəbər lenti

Siyəzəndə yanğın lokallaşdırıldı
Ölkə14:15 20.08.2022

Siyəzəndə yanğın lokallaşdırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Siyəzən ərazisində baş verən yanğın artıq lokallaşdırılıb.
Bu barədə APA-ya ETSN-dən bildirilib. Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elbrus Əliyev bildirib ki, hazırda bir qədər tüstülənmə var.
O qeyd edib ki, Siyəzən rayonunun Allahyarlı kəndindən başlayan yanğın isti hava və külək nəticəsində meşə ərazisinə keçib və nəticədə 2 hektar meşə fondu ərazisinə ziyan dəyib. Tüstülənən ərazilərin söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir: "Yanğının söndürülməsində Nazirliyin yerli qurumlarının 100-dən çox əməkdaşı iştirak edib".