Xəbər lenti

Sizdən yaxşı hədiyyə? - KÖŞƏ
Ölkə08:11 08.03.2014

Sizdən yaxşı hədiyyə? - KÖŞƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bunun adı nədir, bilmirəm. Bilmək, yozmaq, öyrənmək də istəmirəm.  

Ortada böyük, gözəl, izaholunmaz, sevimli, əsrarəngiz, füsunkar, möhtəşəm, qürurverici, güldürən, ağladan, inandıran, yaşadan... bir fakt var: ən qarışıq anımda, o, mütləq zəng edir. 

Qarışdımsa, əminəm ki, indicə hardansa, necəsə xəbər tutacaq. İndicə telefonumun ekranında nikini görəcəm. Yenə təəccüblənəcəm. Yenə sevinəcəm. 

Və gözlərim dolacaq yenə.

Və gülümsəyəcəm. 

Bu hissiyyatı ömrüm boyu heç kimdə görmədim.

Heç bir kişidə. 

Qızlarınız üçün gözəl ata olun, bəylər. Kişilik və kişilər adına nümunə olun. Lütfən. 

Qadının xoşbəxtliyi yaxşı atasından başlayır.

Deyinə-deyinə ya bəlkə sevinə-sevinə 8 Mart hədiyyəsi axtarırsız?

Yaxşı ər, yaxşı ata, yaxşı qardaş olun.

İnandığınız hər şeyə and olsun ki, bundan yaxşı hədiyyə yoxdu qadın üçün.

Qadının xoşbəxtliyi sizin xoşbəxtliyinizdir həm də. 

Qadının xoşbəxtliyindən xoşbəxt olmağı bacarın. Gerisi təfərrüat, şair demiş.

Xoşbəxt qadınların yaradıcıları, bayramınız mübarək.