Dünya 19:36 09.06.2023

“Skif qızılı” məsələsində son qoyuldu: o, Rusiyaya yox, Ukraynaya qaytarılacaq

Niderlandın Ali Məhkəməsi Amsterdam Apellyasiya Məhkəməsinin "Skif qızılı" kimi tanınan "Krım. Qara dənizdə qızıl ada" sərgisinin eksponatlarının Ukraynaya qaytarılması barədə qərarını təsdiqləyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə NOS məlumat yayıb.
 
Uzun illər Ninderlandda məhkəmədə hüquqi proseslərin davam edəndən sonra nəhayət qərar verilib ki, Krım muzeylərinə məxsus olan qızıllar Ukraynaya qaytarılmalıdır. 

Niderlandın Ali Məhkəməsi Niderland Apellyasiya Məhkəməsinin 2021-ci ilin oktyabrında çıxardığı qərarını təsdiqləyib.
Həmin andan etibarən Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ratifikasiya etdikdən sonra nəhayət, sübutlarla bağlı mübahisəyə son qoyulub. 

"Sikif qızılı" işi

Oktyabrın 26-da Amsterdam Apellyasiya Məhkəməsi "Skif qızılı" kimi tanınan "Krım. Qara dənizdə qızıl ada" sərgisinin eksponatlarının Ukraynaya qaytarılması barədə hökm çıxarıb. Lakin bu qərardan Niderlandın Ali Məhkəməsinə şikayət edilib.

Mübahisənin predmeti Taurida Mərkəzi Muzeyi, Kerç Tarix-Mədəniyyət Qoruğu, "Chersonese Tauride” Milli Qoruğu və Baxçasaray Tarix-Mədəniyyət Qoruğu tərəfindən təqdim olunan, 2014-cü il fevralın 6-da "Krım. Qara dənizdə qızıl ada" sərgisi çərçivəsində Allard Pearson Muzeyində nümayiş etdirilmək üçün gətirilmiş 565 muzey əşyası kolleksiyası olub. 

Krımın Rusiya tərəfindən işğalından sonra Niderland tərəfi eksponatları Ukraynadan apardıqlarını əsas gətirərək Krım muzeylərinə qaytarmaqdan imtina edib. 

Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi "Sikif qızılı” kolleksiyasının Rusiyanın mülkiyyətinə verilməsində təkid edib. Allard Pearson Muzeyi tərəfindən kolleksiyanın müvəqqəti saxlanması hüququnu verən müqavilə 2014-cü il iyunun 13-də başa çatıb, bundan sonra qanuna əsasən, bu mədəni dəyərlər Ukraynadan qanunsuz olaraq ixrac edilmiş hesab edilib və geri qaytarılacaq.

Alpər