Xəbər lenti

Dünya 22:37 30.09.2023

"Slovakiya və Polşadan Ukraynaya yardımlar gəlməyə davam edəcək" - Stoltenberq

"Polşa və Slovakiya ölkələr arasında mövcud problemlərə baxmayaraq, Ukraynanı dəstəkləməyə davam edəcəklər".

Qaynarinfo xəbər verir ki, bunu "Reuters"ə NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Mən ümid edirəm ki, Ukrayna və Polşa Ukraynaya hərbi dəstəyə mane olan bütün fikir ayrılıqlarını həll etmək üçün bir yol tapacaqlar", deyə Alyans rəhbəri bildirib.

Stoltenberq qeyd edib ki, Robert Fiko Slovakiyada keçirilən parlament seçkilərində Ukraynaya silah tədarükünə son qoyacağını vəd etsə belə, Kiyevə dəstək vermək imkanları olacaq.

Polşa Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Arkadi Mularçik bir gün əvvəl Volodimir Zelenskinin Almaniyanın vədlərinə inandığını və Polşaya qarşı çıxış etdiyini bildirib. Onun sözlərinə görə, Almaniya Kiyev və Varşava birliyində təhlükə görüb, bu səbəbdən də ölkələr arasında münasibətlərin pisləşməsində çox maraqlıdır.

Sentyabrın 30-da Slovakiyanın keçmiş baş naziri və bu gün keçirilən parlament seçkilərində qalib gəlmək şansı böyük olan "Diqqət - Sosial Demokratiya" Partiyasının lideri Robert Fiko bildirib ki, Qərbin Ukraynaya silah tədarükü daha çox qan tökülməsinə və münaqişənin mənasız yerə uzanmasına səbəb olur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->