Xəbər lenti

"Smerç" reaktiv yaylım atəşi sistemli texnikalarından döyüş atışları icra edildi (VİDEO)
Ölkə06:25 23.08.2024

"Smerç" reaktiv yaylım atəşi sistemli texnikalarından döyüş atışları icra edildi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının "Smerç” yaylım atəşli reaktiv sistemli bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilir.
Bu barədə Qayanrinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həyəcan siqnalı ilə qaldırılan bölmələr atəş mövqelərinin dəyişilməsi və döyüş zamanı şərti düşmən hədəflərinin koordinatlarının müəyyənləşdirilərək məhv edilməsi üzrə təlim tapşırıqlarını yerinə yetiriblər:
"Bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər".