Xəbər lenti

“Snayper həddi” beynəlxalq müsabiqəsində növbəti atışlar yerinə yetirildi (FOTO)
Ölkə16:48 18.08.2022

“Snayper həddi” beynəlxalq müsabiqəsində növbəti atışlar yerinə yetirildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi” müsabiqəsində komandalar növbəti atış çalışmalarını yerinə yetiriblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Emin Həsənli: I Qarabağ müharibəsi əlillərinə ödəmələrin verilməsi dövlətin növbəti qayğısının göstəricisidir
Çalışmanın şərtlərinə uyğun olaraq hərbi qulluqçular maneələr zolağını dəf edərək 300-600 metr məsafədə yerləşən hədəflərə snayper tüfənglərindən atəş açıblar.
Birinci mərhələnin şərtlərinə əsasən iştirakçı ölkələrin snayperləri fərdi şəkildə mübarizə aparırlar.
Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən "Snayper həddi” müsabiqəsi avqustun 27-dək davam edəcək.