Xəbər lenti

SOCAR “Biz birlikdə güclüyük” sosial aksiyasına qoşuldu
Ölkə11:44 20.04.2020

SOCAR “Biz birlikdə güclüyük” sosial aksiyasına qoşuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xüsusi karantin rejimi günlərində ehtiyacı olan insanlara yardım məqsədilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev Fondunun "Biz birlikdə güclüyük” sosial aksiyasına qoşulub.
Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkələrdəki səhifəsində məlumat verilib.
Bildirilib ki, Fondun təşəbbüsü ilə yaradılan "Regional İnkişaf” İctimai Birliyinin "150” Çağrı mərkəzinə edilən müraciətlərə əsasən ərzaq sovqatları hazırlanaraq aztəminatlı ailələrə göndərilib: "Bu aksiyaya qoşulmaqla SOCAR bir daha həmrəylik nümayiş etdirdi”.